Hər bir kosmetoloji cihaz
canlı orqanizm kimi müntəzəm diqqətə ehtiyac duyur. Azcosmetics Servis bu ehtiyacı
elmi əsaslarla, texnoloji dəqiqliklə təmin edir.
Diaqnostika – problemi vaxtında tapmaq,
Periodik baxım – problemi yaranmadan önləməkdir.
Azcosmetics ilə cihazlarınız
hər zaman stabil, güclü və etibarlı qalacaq.
Çünki biz bilirik:
sizin cihazınız işləyirsə, biznesiniz də inkişaf edir. Niyə Periodik Baxım Əhəmiyyətlidir?Bir çox sahibkarlar yalnız cihaz sıradan çıxanda servisə müraciət edirlər. Halbuki bu,
xərci artırır və cihaz ömrünü azaldır.Periodik texniki baxımın faydaları:- Nasazlıqların qarşısını vaxtında almaq,
- Cihaz ömrünü 2-3 dəfə uzatmaq,
- Xidmət keyfiyyətini sabit saxlamaq,
Lazer Epilyasiya Cihazlarında Mütləq Edilməli Olan Periodik BaxımlarAzcosmetics Servis olaraq biz hər bir cihaz sahibinə
iki əsas periodik texniki xidmətin mütləq şəkildə yerinə yetirilməsini tövsiyə edirik:
- İllik daxili təmizləmə
- 6 aydan bir filterin yenilənməsi (əgər cihazda filter sistemi varsa)
Bu iki sadə, lakin mühüm prosedur cihazın ömrünü 2-3 dəfə artıra, qəfil nasazlıqların qarşısını ala və xidmət keyfiyyətini sabit saxlaya bilər.
İllik Daxili Təmizləmə Nə Üçün Vacibdir?Cihazın içərisində zamanla
toz, kir, su qalıqları toplanır. Bu qalıqlar hava axınının qarşısını alır,
soyutma sisteminin effektivliyini azaldır və nəticədə
enerji bloku qızmağa başlayır.
İllik daxili təmizləmə zamanı Azcosmetics Servisin mühəndisləri:
- Cihazın korpusunu açaraq bütün daxili modulları təmizləyir,
- Su yollarını və ventilyasiya hissələrini yuyur və dezinfeksiya edir,
- Suyun dövriyyə sistemini və TEC bloklarını yoxlayır,
- Daxildəki sensor və kontakt hissələri tozdan azad edir.
Bu təmizləmə nəticəsində cihaz
daha sakit, sabit və güclü işləməyə davam edir. Eyni zamanda
elektron komponentlərin ömrü uzanır.
6 Aydan Bir Filter Dəyişimi Nə Üçün Vacibdir?Lazer cihazlarında əsasən
su ilə soyutma sistemi istifadə olunur. Bu sistemin effektivliyini qorumaq üçün
filterlərin vəziyyəti çox önəmlidir.
Filtrlər suyun içindəki
xırda toz, pas, duz və hissəcikləri tutaraq cihazın
radiator və başlığı tıxanmasının qarşısını alır.
Lakin zaman keçdikcə filter bu maddələrlə dolur və
su dövranı zəifləyir. Bu da cihazın
tez qızmasına,
əlavə nasazlıqlarına səbəb olur.
Azcosmetics mütəxəssisləri
6 aydan bir filterin dəyişdirilməsini məsləhət görür, çünki:
- Filter təzə olduqda suyun təmizliyi və axını sabit qalır,
- Soyutma performansı artır,
- Diod modullarının və enerji blokunun ömrü uzanır.
Filterin dəyişdirilməsi ucuz və qısa prosedurdur, lakin
cihazın sağlamlığı üçün ən vacib addımlardan biridir. Azcosmetics Servis bu baxımları
peşəkar şəkildə, cihaz markasından asılı olmayaraq həyata keçirir.