Şahin Mustafayev küç. 12/121
+994 (50) 459-26-16
Azərbaycan bayrağı

Təmir

Foto sistemli epilyasiya cihazlarında Ən Çox Görülən Problemlər və Onların Həlli
  1. Epilyasiya başlığı nasazlıqları
Problemin təsviri:
Foto sistemli epilyasiya başlıqları effektiv işləsə də, onların müntəzəm texniki baxıma ehtiyacı var. Lampalar, optik şüşələr və başlıq soyuma hissəsi, düymə ən çox dəyişdirilən hissələrdəndir. 
Həlli:
  • İstifadə intensivliyindən və keyfiyyətdən asılı olaraq lampanın ömrü 300.000 – 800.000 impuls (atış) ola bilər. Detalın zavod keyfiyyətində yenilənməsi.
  • Çatlamış və ya ləkəli optik şüşələr (kristal) dərhal dəyişdirilməlidir. Onlar impulsun dəriyə düzgün ötürülməsinə mane olur, həm də yanıq riski yaradır. 
  • Başlıqlarda dəri ilə təmasda komfort üçün soyutma hissəsi mövcuddur. Vaxt keçdikcə soyuducu plitələr zəifləyə və ya effektivliyini itirə bilər. Yenilənmə yaxud bərpa vacibdir.
  • Müxtəlif foto başlıqların detal-detal yaxud bütövlükdə yenilənməsi xidməti
 
  1.  Həddindən Artıq Qızma
Problemin təsviri:
Cihazın soyutma sistemi düzgün işləmədikdə yaxud zəif olduqda, cihaz tez qızır və ardıcıl pasient qəbul etməyinizə imkan vermir. Bu, adətən radiatorun, nasosların, fanların zəifliyi və ya sıradan çıxması ilə bağlıdır.
Həlli:
  • Soyutma sistemində sızmaların aradan qaldırılması.
  • Pompa və fanların dəyişdirilməsi yaxud ümumi systemin gücləndirilməsi.
  • Su sisteminin təmizlənməsi və yenilənməsi.
 
  1.  Sensor və Ekran Problemləri
Problemin təsviri:
Cihazın sensor ekranında donmalar, toxunma gecikmələri və ya proqram səhvləri ola bilər. Bu halda cihazın idarə olunması çətinləşir.
Həlli:
  • Sensor ekranın tənzimlənməsi və proqram təminatının yenilənməsi.
  • Nasaz ekranın və ya elektron lövhələrin dəyişdirilməsi.
 
  1. Su Sızmaları və Dövriyyə Nasazlıqları
Problemin təsviri:
Cihazın sistemi su ilə işlədiyi üçün sızmalar və ya borularda problemlər yarana bilər. Bu, cihazın daxili hissələrinə ciddi ziyan vurur, fəaliyyəti dayandırır.
Həlli:
  • Su borularının və bağlantıların dəyişdirilməsi.
  • Sızıntının səbəbinin aşkarlanması və bərpası.
  • Su dövriyyəsi sensorlarının yoxlanması.
 
  1. Elektron Lövhə və Enerji Bloku Xətaları
Problemin təsviri:
Cihazın enerji bloku və elektron lövhələri nasaz olduqda cihaz ümumiyyətlə işə düşmür və ya öz-özünə sönür.
Həlli:
  • Enerji bloklarının dəyişdirilməsi.
  • Lövhələrin təmiri və ya orijinal ehtiyat hissələrlə yenilənməsi.
  • Elektrik bağlantılarının test olunması və qoruyucu elementlərin quraşdırılması.
 
Foto sistemli çoxfunksiyalı epilyasiya cihazları estetik sahədə geniş istifadə edilir. Onların düzgün işləməsi üçün texniki qulluq, düzgün istifadə və vaxtında servis çox önəmlidir. Ən çox rast gəlinən problemlər – cihazın işə düşməməsi, zəif impulslar, soyutma sisteminin sıradan çıxması (qızma) və proqram təminatı səhvləri – vaxtında həll edilərsə, cihaz uzun müddət keyfiyyətli nəticə verəcəkdir. Bu və bu kimi yarana biləcək bütün problemləri servisimizə müraciət edərək sürətli, sərfəli və zəmanətli formada aradan qaldıra bilərsiniz.

Ödənişsiz diaqnostika üçün butona kliklə

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.