Lazer Epilyasiya Cihazlarında Sistem Yenilənməsi: Foto və Diod Texnologiyalarının Tam ÇevrilməsiRəqabətdə geri qalırsınız və artıq köhnə cihazınızın texniki problemləri sizi bezdiribsə yeni cihaz almağa ehtiyac qalmadan, daha sərfəli formada mövcud cihazınızı da yeni nəsil texnologiyaya uyğunlaşdırmaq mümkündür. Bu xidməti Azərbaycanda peşəkar şəkildə həyata keçiririk — foto sistemli
epilyasiya cihazlarını diod sistemli cihazlara, eləcə də diod sistemli cihazları foto sistemli cihazlara yaxud öz sisteminin təkminləşmiş versiyasına çevirmək mümkündür.
Zavod standartlarına uyğun təmiri, modernləşdirmə və sistem dəyişiklikləri həyata keçirilir. Burada məqsəd sadəcə cihazı işlək vəziyyətə gətirmək deyil —
onu daha güclü, daha dayanıqlı və daha gəlirli formaya salmaqdır. Foto Sistemli Cihazların Diod Sistemə Çevrilməsi ProsesiBu çevrilmə prosesi yüksək dəqiqlikli texniki mərhələlərdən ibarətdir:
a) Ana Platanın və Enerji Blokunun YenilənməsiFoto sistemlərdəki enerji strukturu impuls işığı üçün uyğunlaşdırılıb. Diod sistemə keçiddə
diod laserstack üçün xüsusi enerji idarə sistemi quraşdırılır.
b) Diod epilyasiya qolunun quraşdırılmasıYüksək keyfiyyətli
808 nm və ya 3 dalğalı (755+808+1064 nm) diod qol quraşdırılaraq cihazın əsas çıxış gücü artırılır.
c) Soyutma Sisteminin AdaptasiyasıDiod sistemlər üçün
TEC soyutma modulu və
suyun sirkulyasiya sürəti yenilənir ki, cihaz uzunmüddətli işləmədə qızmasın və performans sabit qalsın.
d) Ekran və İdarə Panelinin DəyişdirilməsiYeni sistemə uyğun
proqram interfeysi və parametrlər qurulur, operator üçün daha rahat menyu təmin edilir.
Və bu kimi mərhələlərdən sonra cihaz hərtərəfli test edilir.
Müştəri İstəyinə Uyğun FərdiləşdirməAzcosmetics Servisdə hər cihaz
müştərinin xüsusi tələblərinə uyğunlaşdırılır.
Məsələn:
- Müxtəlif dalğa uzunluqları (755 nm / 808 nm / 1064 nm) seçilə bilər,
- Ekranda marka və logo dizaynı fərdiləşdirilə bilər
Azcosmetics Servis, lazer epilyasiya cihazlarında
sıfırdan sistem yenilənməsi xidməti ilə Azərbaycan bazarında unikal bir həll təqdim edir.
İstər foto sistemli cihazınızı
diod texnologiyasına çevirmək, istərsə də diod cihazınızı
foto sistemli formata salmaq istəyirsinizsə, bu xidmət sizin üçün həm texniki, həm də iqtisadi baxımdan ən doğru seçimdir.
Zavod keyfiyyətli yenilənmə,
müştəriyə uyğunlaşdırılmış dizayn və
peşəkar servis təminatı, sərfəli təklif, zəmanətli xidmət — bütün bunlar Azcosmetics servisin fərqini göstərir.