Şahin Mustafayev küç. 12/121
+994 (50) 459-26-16
Azərbaycan bayrağı

Təmir

Diod Lazer Cihazlarında Ən Çox Görülən Problemlər və Onların Həlli
1. Başlıq nasazlıqları
Problemin təsviri:
Başlıq ən çox istifadə olunan hissədir. Uzun müddətli iş nəticəsində atışları təmin edən laser stack yanır (atış sayı bitir), soyutma effekti azalır, düymə sıradan çıxır , mexaniki zədələr yaranır və s.
Həlli:
  • Başlıqların problemli detallarının tam bərpası və yenilənməsi.
  • Diod stack-ların yenilənməsi (atış sayı) yaxud bütövlükdə diod qol yenilənməsi.
 
2. Həddindən Artıq Qızma
Problemin təsviri:
Cihazın soyutma sistemi düzgün işləmədikdə, cihaz tez qızır və ardıcıl pasient qəbul etməyinizə imkan vermir. Bu, adətən TEC modullarının, nasosların, fanların zəifliyi və ya sıradan çıxması ilə bağlıdır.
Həlli:
  • Soyutma sistemində sızmaların aradan qaldırılması.
  • TEC modulların, pompa və fanların dəyişdirilməsi.
  • Su sisteminin təmizlənməsi və yenilənməsi.
 
3. Sensor və Ekran Problemləri
Problemin təsviri:
Cihazın sensor ekranında donmalar, toxunma gecikmələri və ya proqram səhvləri ola bilər. Bu halda cihazın idarə olunması çətinləşir.
 
Həlli:
  • Sensor ekranın tənzimlənməsi və proqram təminatının yenilənməsi.
  • Nasaz ekranın və ya elektron lövhələrin dəyişdirilməsi.
 
4. Su Sızmaları və Dövriyyə Nasazlıqları
Problemin təsviri:
Cihazın sistemi su ilə işlədiyi üçün sızmalar və ya borularda problemlər yarana bilər. Bu, cihazın daxili hissələrinə ciddi ziyan vurur, fəaliyyəti dayandırır.
Həlli:
  • Su borularının və bağlantıların dəyişdirilməsi.
  • Sızıntının səbəbinin aşkarlanması və bərpası.
  • Su dövriyyəsi sensorlarının yoxlanması.
 
5. Elektron Lövhə və Enerji Bloku Xətaları
Problemin təsviri:
Cihazın enerji bloku və elektron lövhələri nasaz olduqda cihaz ümumiyyətlə işə düşmür və ya öz-özünə sönür.
Həlli:
  • Enerji bloklarının dəyişdirilməsi.
  • Lövhələrin təmiri və ya orijinal ehtiyat hissələrlə yenilənməsi.
  • Elektrik bağlantılarının test olunması və qoruyucu elementlərin quraşdırılması.
 
6. Linzalarda Çirklənmə, kristalın zədələnməsi
Problemin təsviri:
Toz, kir və ya istifadə zamanı yaranan qalıqlar optik linzalara yığılır, nəticədə lazer şüası zəifləyir. Həmçinin ehtiyatsızlıq yaxud qızma ucbatından kristal çatlaya bilər.
Həlli:
  • Optik linzaların xüsusi materiallarla təmizlənməsi yaxus yenilənməsi.
  • Çatlamış kristalın yenilənməsi.
 
7. Səs-Küy və Vibrasiya Problemləri
Problemin təsviri:
Cihaz işləyərkən qeyri-adi səs və ya güclü vibrasiya müşahidə edilə bilər. Bu, adətən soyutma fanlarının və ya mexaniki hissələrin nasazlığından irəli gəlir.
Həlli:
  • Fanların dəyişdirilməsi.
  • Daxili mexaniki hissələrin bərkidilməsi və ya yenilənməsi.
 
Diod lazer epilyasiya cihazlarında ən çox görülən problemlər əsasən diod blokları, soyutma sistemi, proqram təminatı və başlıq hissəsində yaranır. Bu problemlərin vaxtında və peşəkar şəkildə həlli cihazın ömrünü uzadır, müştəri məmnuniyyətini artırır və biznesin davamlı işləməsinə zəmanət verir. Bu və bu kimi yarana biləcək bütün problemləri servisimizə müraciət edərək sürətli, sərfəli və zəmanətli formada aradan qaldıra bilərsiniz.
 

Ödənişsiz diaqnostika üçün butona kliklə

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.