Şahin Mustafayev küç. 12/121
+994 (50) 459-26-16
Azərbaycan bayrağı

Kosmetoloji avadanlıqlar

Fractional microneedle RF

  • Peşəkar kosmetoloqlar üçün nəzərdə tutulan Fractional Microneedle RF cihazı, dərinin bərpasında, qırışların azaldılmasında və ümumi gəncləşmədə effektiv nəticə verən avadanlıqdır.

  • Klinik səviyyədə cavanlaşdırma effektini, minimal bərpa dövrü və maksimum təhlükəsizliklə birləşdirən innovativ texnologiyadır.


Estetik mərkəzlər üçün mükəmməl seçim olan Fractional Microneedle RF haqda ətraflı məlumat aşağıda.

Təsvir
Əlavə Məlumat
Foto qalereya

• Tip: Kosmetoloji, üz, dəri qulluğu
• Model: Fractional Microneedle RF

Texniki göstəricilər
• RF tezliyi: 1–2 MHz arası tənzimlənə bilir
• İynə dərinliyi: 0.5 mm – 3.5 mm arası tənzimlənir
• Enerji səviyyəsi: Fərqli dəri tiplərinə uyğun olaraq fərdi şəkildə seçilir
• Ekran: Rəngli sensor ekran, sadə idarəetmə interfeysi
• Soyutma sistemi: Avtomatik temperatur nəzarəti, təhlükəsiz istifadə
• İynə başlıqları: Birdəfəlik steril kartriclərlə təmin edilir

Əsas üstünlüklər
• Dərinin cavanlaşmasını və bərpasını təmin edir
• Qırış və sallanma problemlərini aradan qaldırır
• Aknə, çapıq və izlərin görünümünü azaldır
• Genişlənmiş məsamələri daraldır
• Dəri tonunu bərabərləşdirir və parlaqlıq bəxş edir
• Minimum bərpa müddəti ilə təhlükəsiz və ağrısız prosedur

İstifadə sahələri
• Üz, boyun və dekolte nahiyəsi
• Qarın, qol və diz kimi sallanmış bədən hissələri
• Aknə və post-aknə izləri
• Dəri ton fərqləri və məsamə problemləri

Fractional Microneedle RF – dəriyə cavanlıq və elastiklik bəxş edən müasir radiofrekans texnologiyasına malik peşəkar cihazdır.
Bu sistem mikroiynələr vasitəsilə dərinin dərin qatlarına qədər təsir edərək kolagen və elastin sintezini aktivləşdirir, dəridəki yenilənmə prosesini sürətləndirir.

Cihazda qızıl örtüklü mikroiynələr dərinin müəyyən dərinliyinə daxil olaraq radiofrekans enerjisini birbaşa toxumalara ötürür.
Bu proses nəticəsində dərinin daxili təbəqələrində kontrollu istilik yaranır və təbii bərpa mexanizmləri işə düşür.

Nəticədə dəri hamarlaşır, gərginləşir və daha gənc görünüş qazanır.
Fractional Microneedle RF cihazı hər dəri tipinə uyğun, tam steril və təhlükəsiz şəkildə işləyir.
Cihazın başlıqları birdəfəlik olduğuna görə infeksiya riski yoxdur.
İstifadə zamanı dəridə yalnız yüngül istilik və qısa müddətli qızartı müşahidə olunur.

Texniki dəstək
• Müştərilər üçün təlimlər təşkil olunur, düzgün istifadəsi barədə tam məlumat verilir.
• Cihazın mütəmadi yoxlanılması və istismar müddətində maksimim performansının təmin edilməsi üçün texniki xidmət təklif olunur.
• Zəruri ehtiyyat hissələri və komponentlərin mövcudluğu təmin edilir.
• Cihazda yaranan hər hansı bir nasazlıq və ya texniki problemlər 48 saat ərzində texniki servisimiz tərəfindən həll edilir.
• Həmçinin müştərilərə uzaqdan texniki dəstək xidmətimiz mövcuddur.
• Zəng və ya video vasitəsilə köməklik göstərilir.

Zəmanət
• Kosmetoloji kombayn modelinə AzCosmetics MMC tərəfindən 1 il rəsmi zəmanət təqdim olunur.
• Zəmanət bitdikdən sonra da müştərilərimizə uyğun qiymətlərə texniki xidmət və ehtiyyat hissələri təmin edilir.

Digər məhsullar