Təhlükəsizlik və effektivlik
Soyutma növü: Kontakt soyutma(adaptiv)
Daxili soyutma sistemi: TEC(iri həcmli termoelektrik soyutma) +hava+su+yarımkeçirici
Su sisteminin mühafizəsi: Su sərfiyyatı,su səviyyəsi və suyun temperaturuna nəzarət sensorları
Su nasosu: İtaliya istehsalı
- Su çəninin həcmi: 7 L
- Davamlı əməliyyat müddəti: 24 saat
Dəri növü uyğunluğu:
- I-VI dəri tiplərinə uyğundur
İdarəetmə Paneli:
- Ekran: 15.6inch ultrahəssas LCD
- İdarəetmə: İntuitiv idarəetmə sistemi
- əlavə məlumat
Azcosmetics MMC-nin xüsusi sifarişi ilə Goldenlaser zavodunda ən son texnologiyalar, müasir istehsal prosesləri və peşəkar mühəndislik işinin birləşməsindən yaranmışdır. Bu Brend ilk dəfə 2020-ci ildə Azcosmetics MMC tərəfindən satışa çıxarılmışdır. Cihaz sizə uzun ömürülü
istifadə,yüksək performans,təhlükəsizlik və komfort vəd edir. Diod lazer epilyasiya cihazlarında lazer şüasını yaradan və ən bahalı qurğu sayılan bar qurğusu Sunlight modelində ABŞ istehsalıdır və karbon lenzlərlə əhatə olunmuşdur. Uzun müddət xərcsiz istifadəni təmin edir. İri həcmli termoelektrik soyutma sistemi və yüksək su dövriyyəsi avadanlığı fasiləsiz istifadə etməyinizə şərait yaradır. Sunlight 20HZ-a qədər sürətlənə bilir, bu
da müalicə vaxtını əhəmiyyətli dərəcədə qısaldır. Həmçinin 12*20mm spot ölçüsü ilə daha geniş sahələri qısa müddətdə müalicə etmək mümkündür. Bu, həm salonlarda, həm də klinikalarda böyük üstünlük təmin edir, çünki müştərilər daha az vaxt sərf edir və nəticə əldə edirlər. Diode, Alexandrite və Nd:YAG lazer dalğa uzunluqlarını özündə cəmləyən Sunlight, müxtəlif dəri növlərinə və tük rənglərinə uyğunlaşaraq ən yüksək nəticələri təmin edir. Dərinin dərin qatlarına nüfuz edərək tük köklərini hədəf alır, beləliklə, daha uzunmüddətli və effektiv nəticələr əldə edilir.
Texniki dəstəkMüştərilər üçün təlimlər təşkil olunur Cihazın ölkənin istənilən bölgəsində ilk quraşdırılması təmin edilir və düzgün istifadəsi barədə tam məlumat verilir Cihazın mütəmadi yoxlanılması və istismar müddətində maksimim performansının təmin edilməsi üçün texniki xidmət təklif olunur. Zəruri ehtiyyat hissələri və komponentlərin mövcüdluğu təmin edilir. Cihazda yaranan hər hansı bir nasazlıq və ya texniki problemlər 48 saat ərzində texniki servisimiz tərəfindən həll edilir. Həmçinin müştərilərə uzaqdan texniki dəstək xidmətimiz mövcuddur.Zəng və ya video vasitəsilə köməklik göstərilir.
ZəmanətSunlight modelinə AzCosmetics MMC tərəfindən 2 il rəsmi zəmanət təqdim olunur Zəmanət bitdikdən sonra da müştərilərimizə uyğun qiymətlərə texniki xidmət və ehtiyyat hissələri təmin edilir.
SertifikatlarSunlight TÜV.FDA.MEDİCAL CE sertifikatlarına sahibdir və ölkəmizdə uyğunluğu təstiqlənmişdir.