Nexgen SHR cihazının epilyasiya başlığı orijinal sapphire şüşə ilə təchiz olunmuşdur. Foto sistemli epilyasiya cihazlarında tez-tez rast gəlinən sapphire şüşənin çatlaması problemi bu modeldə tamamilə aradan qaldırılmışdır.
Epilyasiya başlığında yerləşən flash lampa 1.000.000 və daha çox atış sayına malikdir, bu isə uzunmüddətli və xərcsiz istifadə imkanı yaradır.
Sunshine cihazının tatu silmə və karbon pilinq prosedurları üçün nəzərdə tutulan ND:YAG lazer başlığı mavi rod və yüksək keyfiyyətli lampa ilə təchiz olunmuşdur. Bu xüsusiyyət sayəsində cihaz uzunmüddətli, xərcsiz istifadə təmin edir və döymələrin dəridə zərər yaratmadan, daha az seansda effektiv şəkildə silinməsinə imkan yaradır.
Foto sistemli cihazlarda tez-tez rastlaşılan epilyasiya zamanı qızma problemi, ardıcıl müştəri qəbuluna maneə yaradır. Nexgen SHR modeli bu problemi aradan qaldırmaq üçün yüksək keyfiyyətli su mühərriki və güclü dövriyyə sistemi ilə təchiz edilmişdir. Bu sistem sayəsində lazer başlıqları və daxili hissələr optimal temperaturda saxlanılır, cihazın stabil işləməsi təmin olunur.
Texniki Dəstək
Müştərilər üçün təlimlər təşkil olunur, cihazın ölkənin istənilən bölgəsində ilkin quraşdırılması həyata keçirilir və düzgün istifadəsi barədə ətraflı məlumat təqdim edilir.
Cihazın mütəmadi yoxlanılması və istismar müddətində maksimum performansın təmin edilməsi üçün texniki xidmət göstərilir.
Zəruri ehtiyat hissələri və komponentlərin mövcudluğu təmin edilir.
Cihazda yaranan hər hansı nasazlıq və ya texniki problem 48 saat ərzində texniki servis tərəfindən aradan qaldırılır.
Bundan əlavə, müştərilərə uzaqdan texniki dəstək xidməti təqdim olunur — zəng və ya video vasitəsilə köməklik göstərilir.
Zəmanət
Sunlight modelinə AzCosmetics MMC tərəfindən 1 il rəsmi zəmanət təqdim olunur.
Zəmanət müddəti bitdikdən sonra da müştərilərə münasib qiymətlərlə texniki xidmət və ehtiyat hissələri təmin edilir.
Sertifikatlar
Nexgen SHR çoxfunksiyalı cihazı ölkəmizdə istifadəyə tam uyğunluğu təsdiqlənmişdir.