• Bir neçə texnologiyanı özündə birləşdirərək həm dərin təmizləmə, həm cavanlaşdırma, həm də intensiv qulluq imkanı yaradan
• Dəri analizatoru sayəsində dəqiq, qeyri-invaziv və təhlükəsiz prosedurlar icra edə biləcəyiniz
Kosmetoloqlar və dermatoloqlar, gözəllik salonları və estetik mərkəzlərə daimi gərəkli olan kosmetoloji kombaynımız haqda ətraflı məlumat aşağıda.
Ümumi məlumat:
• Tip: Kosmetoloji, üz, dəri qulluğu
• Model: Kosmetoloji kombayn
Texniki göstəricilər
• Cihazın funksiyaları: 12 müxtəlif kosmetoloji funksiya (dəri analizi, skraber, hidrodermabraziya, RF, LED maska və s.)
• Gərginlik: AC 220V / 50Hz
• Soyuq/isti çəkic temperaturu: +5°C – +42°C arası
• Hidrodermabraziya sistemində su axını: tənzimlənən, ikiqat filtr sistemi ilə
• Material: Yüksək keyfiyyətli ABS korpus, metal konstruksiya
Texnologiyalar və funksiyalar:
• Dəri analizatoru
Yüksək dəqiqlikli kamera və sensor sistemi sayəsində dərinin vəziyyətini analiz edir. Nəmlik, məsamə, piqmentasiya və bu kimi göstəricilərə əsasən düzgün qulluq prosedurlarının seçilməsinə kömək edir.
• Skraber başlığı
Vibrasiya və ion texnologiyası ilə ölü hüceyrələri və artıq sebumu təmizləyir. Dərini cilalayır və məsamələri sıxlaşdırır. İlk istifadədən sonra belə parlaq və təmiz görünüş yaradır.
• Oksigen sprey başlığı
Dərinin səthinə yüksək təzyiqli oksigen və serum qarışığını püskürdür. Bu, dərini nəmləndirir, təravətləndirir və qidalandırır. Xüsusilə yorğun və cansız dəri üçün effektiv prosedurdur.
• Hydro Dermabraziya başlığı
Vakuum və suyun təmizləyici gücünü birləşdirərək dərinin dərin təbəqələrini yumşaq şəkildə təmizləyir. Qara nöqtələr, məsamə çirkləri və ölü hüceyrələri aradan qaldırır, dərini parlaq və elastik edir.
• İsti-soyuq çəkic
İsti rejim damarları genişləndirərək maska və serumların təsirini artırır, soyuq rejim isə dərini sakitləşdirir, məsamələri daraldır və qızartını azaldır. Prosedurdan sonra dərini balanslaşdırmaq üçün ideal üsuldur.
• LED maska
7 fərqli işıq dalğa uzunluğu sayəsində dərinin müxtəlif problemlərinə yönəlmiş təsir göstərir.
Qırmızı işıq – cavanlaşdırıcı, mavi işıq – aknə əleyhinə, yaşıl işıq – piqment bərabərləşdirici təsirə malikdir.
• Köpük başlığı
Təmizləyici və oksigenlə zəngin köpük vasitəsilə dərin məsamə təmizlənməsi aparır. Dərinin tənəffüsünü yaxşılaşdırır və prosedurdan sonra yumşaqlıq hissi yaradır.
• Line başlıq
Cənə xəttini formalaşdırmaq və dartmaq üçün istifadə olunan invaziv olmayan prosedurdur.
• Ultrasonik
Aktiv maddələrin dərinin dərin qatlarına nüfuzunu artırır. Dərini daha hamar və canlı edir. İynəsiz mezoterapiya adlanır.
• 5 və 2 polarlı RF
Radiofrekans enerjisi ilə dərinin dərin qatlarında istilik təsiri yaradaraq kollagen və elastin sintezini stimullaşdırır. Dəriyə dartılmış, gənc və hamar görünüş qazandırır. Üz və boyun nahiyəsindəki incə qırışların aradan qaldırılması üçün nəzərdə tutulub.
Bu cihaz üz dərisinin kompleks təmizlənməsi və cavanlaşdırılması üçün universal kosmetoloji həlldir.
Müasir kosmetoloji və estetik prosedurların əsaslarını özündə birləşdirən, peşəkar istifadə üçün nəzərdə tutulmuş çoxfunksiyalı kombayn kosmetoloqların gündəlik ehtiyaclarını bir yerdə cəmləyərək, həm effektivliyi, həm də praktikliyi ilə seçilir.
Hər bir texnologiya bir-birini tamamlayaraq kompleks, təhlükəsiz və professional dəri qulluq təcrübəsi təmin edir.
Texniki dəstək
• Müştərilər üçün təlimlər təşkil olunur, düzgün istifadəsi barədə tam məlumat verilir.
• Cihazın mütəmadi yoxlanılması və istismar müddətində maksimim performansının təmin edilməsi üçün texniki xidmət təklif olunur.
• Zəruri ehtiyyat hissələri və komponentlərin mövcudluğu təmin edilir.
• Cihazda yaranan hər hansı bir nasazlıq və ya texniki problemlər 48 saat ərzində texniki servisimiz tərəfindən həll edilir.
• Həmçinin müştərilərə uzaqdan texniki dəstək xidmətimiz mövcuddur.
• Zəng və ya video vasitəsilə köməklik göstərilir.
Zəmanət
• Kosmetoloji kombayn modelinə AzCosmetics MMC tərəfindən 1 il rəsmi zəmanət təqdim olunur.
• Zəmanət bitdikdən sonra da müştərilərimizə uyğun qiymətlərə texniki xidmət və ehtiyyat hissələri təmin edilir.
Treat two clients at once, with two handpieces and three spot sizes. Smart skin analyzer identifies hair types for optimal parameters.
Ətraflı
Treat two clients at once, with two handpieces and three spot sizes. Smart skin analyzer identifies hair types for optimal parameters.
Ətraflı
Treat two clients at once, with two handpieces and three spot sizes. Smart skin analyzer identifies hair types for optimal parameters.
Ətraflı
Treat two clients at once, with two handpieces and three spot sizes. Smart skin analyzer identifies hair types for optimal parameters.
Ətraflı