Şahin Mustafayev küç. 12/121
+994 (50) 459-26-16
Azərbaycan bayrağı

Arıqlama, estetik avadanlıqlar

S-Shape

  • Üz, dəri və bədən forması üçün : Kavitasiya, RF liftinq, LED terapiya və vakuum texnologiyalarını özündə cəmləyən
  •  Qeyri-invaziv və reabilitasiya dönəmi tələb etməyən müxtəlif istiqamətli prosedurlar təmin edən

Estetik və kosmetoloji mərkəzlər, gözəllik və SPA salonları üçün ideal seçim s-shape
cihazımız haqda ətraflı məlumat aşağıda
Təsvir
Əlavə Məlumat
Foto qalereya
Ümumi məlumat:
  • Tip: Bədən şəkilləndirmə, üz, dəri qulluğu və masaj
  • Model: s-shape

Texnologiyalar və funksiyalar:
  • Kavitasiya (ultrasəs dalğaları ilə yağ hüceyrələrinin parçalanması)
  • RF liftinq (dəri dartılması və kollagen stimulyasiyası)
  • Vakuum masaj (dəri və selülit üçün drenaj və qan dövranının yaxşılaşdırılması)
  • LED terapiya (qırmızı işıq rejimləri ilə dəri problemlərinə müdaxilə)
  • Elektrostimulyasiya (EMS) (əzələ tonusu və bədən konturları üçün)
Başlıqlar:
  • Üz və bədəndə istifadə üçün 3 ədəd RF
  • Kavitasiya
  • Vakuum
  • 8 ədəd EMS

Təhlükəsizlik və effektivlik:
  • Müxtəlif nahiyyələrdə rahat işləmə
  • Davamlı prosedurun təmini
  • Kompakt və yüngül. Daşınması rahat
Bu cihazın bütün texnologiyaları bir arada təqdim etməsi, qeyri-invaziv və təhlükəsiz olması onu salon və peşəkar istifadə üçün ideal seçimə çevirir. Bu cihaz sayəsində bədən konturlarını formalaşdırmaq, selülit və piy qatlarını azaltmaq, dəri tonusunu və elastikliyini artırmaq, qan dövranını yaxşılaşdırmaq və əzələ tonusunu gücləndirmək mümkündür. Müasir estetik texnologiyaların birləşməsi sayəsində görünən nəticələrə qısa zamanda nail olmaq mümkündür.
Texniki dəstək
Müştərilər üçün təlimlər təşkil olunur, düzgün istifadəsi barədə tam məlumat verilir Cihazın mütəmadi yoxlanılması və istismar müddətində maksimim performansının təmin edilməsi üçün texniki xidmət təklif olunur. Zəruri ehtiyyat hissələri və komponentlərin mövcüdluğu təmin edilir. Cihazda yaranan hər hansı bir nasazlıq və ya texniki problemlər 48 saat ərzində texniki servisimiz tərəfindən həll edilir. Həmçinin müştərilərə uzaqdan texniki dəstək xidmətimiz mövcuddur. Zəng və ya video vasitəsilə köməklik göstərilir.

Zəmanət
S-shape modelinə AzCosmetics MMC tərəfindən 1 il rəsmi zəmanət təqdim olunur Zəmanət bitdikdən sonra da müştərilərimizə uyğun qiymətlərə texniki xidmət və ehtiyyat hissələri təmin edilir.


Digər məhsullar