Şahin Mustafayev küç. 12/121
+994 (50) 459-26-16
Azərbaycan bayrağı

Lazer epilyasiya avadanlıqları

Nexgen

  • Həm aleksandrit Həm də diod tipli prosedur icra edə bilən
  • Qiymətini nəzərə alsaq,performansı yüksək
  • Karbon lenslərlə əhatəli fokuslandırılmış lazer stack ilə təchiz olunmuş

Azərbaycanda 2025-ci ilin yanvar ayında satışa çıxarılmış və elə həmin ay rekord sayda satılmış Nexgen lazer epilyasiya cihazı haqqda ətraflı məlumat aşağıda

Yeni nəsil tərifə layiq epilyasiya cihazı
Təsvir
Əlavə Məlumat
Foto qalereya

Ümumi Məlumat

  • Tip: Lazer epilyasiya sistemi

  • Model: Nexgen

  • İstehsalçı: KFL TECHNOLOGY Co. LTD


Əsas Xüsusiyyətlər

  • Dalğa uzunluğu: 775 nm (Alexandrite), 808 nm (Diode), 1064 nm (Nd:YAG)

  • Enerji sıxlığı: 1 – 150 J/cm²

  • Impuls eni: 1 – 400 ms

  • Tezlik: 1 – 10 Hz


Başlıq

  • Başlıq gücü: 1200 W

  • Bar qurğusu: Fokuslaşdırılmış, karbon lensli

  • Spot ölçüsü: 12×15 mm – 12×20 mm – 12×30 mm

  • Çəki: 320 qr


Təhlükəsizlik və Effektivlik

  • Soyutma növü: Kontakt soyutma (adaptiv)

  • Daxili soyutma sistemi: TEC (iri həcmli termoelektrik soyutma) + hava + su + yarımkeçirici

  • Su sisteminin mühafizəsi: Su sərfi, su səviyyəsi və su temperaturuna nəzarət sensorları

  • Su nasosu: DP-60

  • Su çəninin həcmi: 7 L

  • Davamlı əməliyyat müddəti: 24 saat


Dəri Növü Uyğunluğu

  • Uyğunluq: I – VI dəri tiplərinə uyğundur


İdarəetmə Paneli

  • Ekran: 12.1 inch ultrahəssas LCD

  • İdarəetmə: İntuitiv idarəetmə sistemi

Minimal xərclə artan gəlir əldə edə biləcəyiniz lazer epilyasiya cihazı Nexgen, satış şərtləri və qiymət təklifinə nəzərən yüksək emal keyfiyyətinə sahibdir və sizdən daimi yatırım tələb etmir.

Diod lazer epilyasiya cihazlarında lazer şüasını yaradan və ən bahalı hissə sayılan bar qurğusu Nexgen modelində karbon lenslərlə əhatə olunmuşdur. Bu, şüanın məsafədən belə tükü fokuslaya bilməsinə imkan yaradır. İri həcmli termoelektrik soyutma sistemi və yüksək su dövriyyəsi cihazda yarana biləcək qızma problemini tam aradan qaldırır. Bu xüsusiyyət həm salonlarda, həm də klinikalarda fasiləsiz prosedur imkanı yaradaraq böyük üstünlük təmin edir.

Diode, Alexandrite və Nd:YAG lazer dalğa uzunluqlarını özündə birləşdirən Nexgen, müxtəlif dəri tiplərinə və tük rənglərinə uyğunlaşaraq ən yüksək nəticələri təmin edir. Yüngül lehimli başlıq və sadə interfeys sayəsində istifadəçi cihazı tez mənimsəyir və rahatlıqla idarə edə bilir.

Texniki Dəstək

Müştərilər üçün təlimlər təşkil olunur, cihazın ölkənin istənilən bölgəsində ilkin quraşdırılması təmin edilir və düzgün istifadəsi barədə tam məlumat verilir. Cihazın mütəmadi yoxlanılması və istismar dövründə maksimal performansının qorunması üçün texniki xidmət göstərilir.

Zəruri ehtiyat hissələri və komponentlərin mövcudluğu təmin edilir. Cihazda yaranan hər hansı nasazlıq və ya texniki problem 48 saat ərzində texniki servis tərəfindən aradan qaldırılır. Həmçinin müştərilərə uzaqdan texniki dəstək xidməti təqdim olunur – zəng və ya video vasitəsilə köməklik göstərilir.

Zəmanət

Nexgen modelinə AzCosmetics MMC tərəfindən 1 il rəsmi zəmanət təqdim olunur. Zəmanət müddəti bitdikdən sonra da müştərilərə uyğun qiymətlərlə texniki xidmət və ehtiyat hissələri təmin edilir.

Sertifikatlar

Nexgen “Certification of Conformity” sertifikatına sahibdir və ölkə üzrə uyğunluğu təsdiqlənmişdir.

Digər məhsullar